Qobustan rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlər tikilir

Tarix: 6-2-2015 // saat: 22:55
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qobustan rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 3 fərdi ev inşa olunur.
AzərTAc xəbər verir ki, həmin evlər III qrup Qarabağ müharibəsi əlilləri Rəhim Vəliyev və Orxan Orucov, şəhid ailəsinin üzvü Gülpəri Hacıyeva üçün nəzərdə tutulur. Artıq hər 3 evin hörgü işləri başa çatdırılıb. Hazırda dam örtüyü vurulur.
Fərdi evlərin may ayınadək istifadəyə verilməsi gözlənilir.
 Adil Ağayev,
http://azertag.az/xeber/830157
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN