Mütaliənin yeniyetmələrin və gənclərin həyatında rolu böyükdür

Tarix: 4-2-2015 // saat: 23:10
İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun reallaşdırdığı “Qardaşlaşmış məktəblər” layihəsinin “İlboyu bilik” proqramı çərçivəsində “Mütaliənin yeniyetmələrin və gənclərin həyatında rolu” mövzusunda tədbir keçirilib. AzərTAc xəbər verir ki, tədbirdə Bilik Fondunun nümayəndəsi Xatirə Hüseynova çıxış edərək qurumun ölkə əhalisinin elmi-texniki, ictimai-siyasi, ekoloji və humanitar biliklərini artırmaq, Azərbaycan Respublikasının daxili və xarici siyasətini, azərbaycançılıq məfkurəsinin mahiyyətini ictimaiyyətə çatdırmaq, milli-mənəvi, dini dəyərləri təbliğ etmək məqsədilə yaradıldığını diqqətə çatdırıb. O, yaradılmasından keçən 6 ay ərzində fondun gördüyü işlərdən, “Qardaşlaşmış məktəblər” layihəsinin məqsədlərindən danışıb. Tədbirdə filologiya üzrə fəlsəfə doktoru Nüşabə Hüseynova “Mütaliənin yeniyetmələrin və gənclərin həyatında rolu” mövzusunda məruzəsi dinlənilib, çıxışlar olub. Mütaliənin yeniyetmə və gənclərin bilik və bacarığının artırılmasında, onların intellektual səviyyəsinin yüksəldilməsində, nəticə etibarı ilə həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Bu sahədə Bilik Fondunun rayon nümayəndəliklərinin, ümumtəhsil məktəblərinin, kitabxanaların üzərinə düşən vəzifələrdən də ətraflı bəhs olunub.
Adil Ağayev, AzərTAc

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN