İsmayıllı rayonunun Keyvəndi kəndində 1500 başlıq müasir heyvandarlıq kompleksi inşa olunur. AzərTAc xəbər verir ki, “Azza-Aqro” MMC tərəfindən tikilən kompleksdə Avropa ölkələrindən gətiriləcək yüksək məhsuldan cins qaramal bəsləniləcək.
Kompleksin avadanlıqları İsveçrədən gətirilib. Hazırda ərazidə hər biri 400 başlıq tövlələrdən birinin inşası başa çatdırılmaq üzrədir. Burada, həmçinin inzibati bina, işçilər üçün xidməti bina və s. də tikiləcək. Ərazidə heyvandarlıq məhsulları istehsal olunacaq sexlərin də tikintisi nəzərdə tutulub. Rayonda ən iri müasir heyvandarlıq kompleksinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub.