Kürdəmirdə 2 Fevral Gənclər Günü qeyd olunub

Tarix: 1-2-2015 // saat: 16:50
İlk öncə tədbir iştirakçıları  Ümummilli Lider  Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər-çiçək dəstələri düzdülər. Daha sonra Heydər Əliyev Mərkəzində 2 fevral ümumrespublika Gənclər Günü münasibətilə keçirilən ümumrayon tədbirində Gənclər və İdman İdarəsinin rəisi Zaur Həsənov Azərbaycan Respublikasının  prezidenti cənab İlham Əliyevin gənclərə göstərdiyi böyük diqqət və qayğısından və son illərdə gənclərimizin müxtəlif sahələrdə qazandığı uğurlarından danışıb. Tədbirdə ”Müasir təhsilimizdə gənc müəllimlərin rolu” mövzusunda  Kurdəmir  şəhər 2 saylı tam orta  məktəbin müəlliməsi Ülviyyə Şükürova, “Sağlam olkənin sağlam gəncliyi” mövzusunda Kurdəmir rayon səhiyyə şöbəsinin gənc həkimi Ramin Kərimov, “Biz gənclər Heydər Əliyev yolunun davamçılarıyiq” mövzusunda  Kurdəmir rayon YAP-nin baş təlimatçısı   Məhəmməd Heydərli çıxış edərək Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə və  indi  gənclər siyasətinə xüsusi diqqət yetirildiyi, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi proseslərdə həmişə fəal iştirak etdikləri vurğulayıblar.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri Prezident İlham Əliyev ətrafında sıx birləşərək, vətənimizin tərəqqisi naminə var qüvvə ilə çalışır.
Tədbirdə çıxış edən Kürdəmir rayon İcra Hakimiyyəti  Başçısının   birinci müavini Tacəddin Novruzov rayon gənclərini salamlayaraq onları Gənclər Günü münasibəti ilə  təbrik edib. O, öz çıxışında Ulu Öndərin gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirdiyini, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verdiyini, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndiririb. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısının bariz nümunəsi olduğunu qeyd edib.Bu gün də,gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının  inkişafı üçün yaradılan şərait  Prezident İlham Əliyevin gəncliyə böyük diqqətinin nəticəsi kimi qiymətləndirilib. Tədbirdə il boyu müxtəlif sahələr üzrə fərqlənən gənclərə hədiyyələr təqdim edilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN