İsmayıllıda rayonunda “Ənənəvi islam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Qəbələ, İsmayıllı, Şamaxı, Ağsu və Göyçay rayonlarından olan din xadimləriiştirak edib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda Mübariz Qurbanlı dövlət-din münasibətlərindən ətraflı danışaraq bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın öz milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu istiqamətdə ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub. Hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan komitə sədri bu sahədə qazanılan uğurları diqqətə çatdırıb. Konfransda Milli Məclisin deputatları Novruzəli Aslanov, Ərəstun Cavadov, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Şahzadə Bilalov çıxış edərək müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıblar.