Kürdəmirdə balıq istehsalının ildə 120-130 tona çatacağı gözlənilir

Tarix: 27-1-2015 // saat: 19:22
Hazırda Kürdəmir rayonunda ildə orta hesabla 70-80 ton balıq istehsal olunur. Lakin mütəxəssislər yaxın illərdə bu göstəricinin 120-130 tona çatacağı qənaətindədirlər.
AzərTAc xəbər verir ki, sahibkarlığın inkişafına dövlət qayğısı Kürdəmirdə də özəl sektorun inkişafına güclü təkan verib. Hazırda rayonda 8 özəl balıqçılıq təsərrüfatı fəaliyyət göstərir.
Rayonda ən iri balıqyetişdirmə təsərrüfatı Mollakənd kəndi ərazisindəki “RAF” MMC-yə məxsusdur. Təsərrüfatın 40 hektar gölü vardır. Burada, ümumiyyətlə, 40 nəfərin çalışdığı 8 təsərrüfatın hamısında əsasən sazan (çəki) balığı yetişdirilir. Məhsullar təkcə Kürdəmirin deyil, həmçinin şimal dağətəyi və dağlıq rayonların bazarlarına, habelə Bakıda təşkil olunan kənd təsərrüfatı məhsullarının satış yarmarkasına çıxarılır.
Ümumiyyətlə, Kürdəmirdə qeyri-ənənəvi sahə hesab olunan balıqçılığa maraq getdikcə artır.
Adil Ağayev, AzərTAc 
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN