Xalq yazıçısı Ənvər Məmmədxanlı

Ənvər Qafar oğlu Məmməmədxanlı - Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenari müəllifi, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 1946-1964-cü illərdə "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru, Azərbaycanın Əməkdar İncəsənət xadimi (1963), Azərbaycan Xalq yazıçısı (1987) olmuşdur.

Tarix: 27-1-2015 // saat: 18:41
Ənvər Məmmədxanlı 1913-cü il fevralın 29-da Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikumunda təhsil almışdır (1926-1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931-1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934-1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936-1938), "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941-1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943-1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır (1944-1946). Ordudan tərxis ediləndən sonra "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur (1946-1964).
Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Şərqin səhəri" ([bədii ədəbiyyatın tematikasında,növ və janrında,üslubunda,həyatı inikas formasında bir sıra yeni,əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu,yaradıcı insan öz yerini Vətəni yadelli işğalçıardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə,ümumən,o dövr publisistikamızda olduğu kimi,zamanın,günün təxirəsalınmaz tələbləri,adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı. Ədibin üslubunda təmkinli hekayəçiliklə, mübariz, döyüşkən, odlu publisistika vəhdət təşkil edirdi: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü","Ulduz", "Od içində" pyesləri və "Şirvan gözəli" lirik komediyası tamaşaya qoyulmuşdur. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.
Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə "Şərəf nişanı" (1946-1949), "Qırmızı Əmək bayrağı" (1980-1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur.
1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.
 
Əsərləri:
1. Burulğan. Bakı: Azərnəşr, 1934, 119 səh.
2. Bakı gecələri (hekayələr). Bakı: Azərnəşr, 1936, 214 səh.
3. Ayna (kinossenari). Bakı: Uşaqgəncnəşr, 1939, 85 səh.
4. Qərbə atəş. Bakı: Azərnəşr, 1943, 74 səh.
5. Analar və yollar. Bakı: Azərnəşr, 1943, 126 səh.
6. Dirilik çeşməsi. Bakı: Azərnəşr, 1944, 260 səh.
7. 25 bahar (oçerk). Təbriz, 1945, 30 səh.
8. And. Bakı: Azərnəşr, 1947, 319 səh.
9. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1954, 128 səh.
10.Balaca Nərgiz. Bakı: Uşaqgəncnəşr, 1955, 52 səh.
11.Hekayələr. Bakı: Azərnəşr, 1956, 185 səh.
12.Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 489 səh.
13.Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1985, 232 səh.
14.Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 1985, 323 səh.
15.Qızılqönçələr. Bakı: Gənclik, 1988, 88 səh.
 
Tərcümələri:
1.M.Qorki. Özgə qapılarında. Bakı: Gənclik, 1981, 380 səh.
2.M.Qorki. Uşaqlıq. Bakı: Gənclik, 1982, 240 səh.
 
Filmoqrafiya:
Babək (film, 1979)
Bəxtiyar (film, 1942)
Cazibə qüvvəsi (film, 1964)
Fətəli xan (film, 1947)
İntizar (film, 1970)
İran Azərbaycanının paytaxtında (film, 1945)
Leyli və Məcnun (film, 1961)
Sovqat (film, 1942)

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN