Qara Teyfur oğlu Mustafayev 25 dekabr 1931-ci ildə Kürdəmir rayonunda kolxozçu ailəsində anadan olub. 1954-cü ildə ADU-nun biologiya fakültəsini bioloq-zooloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1954-1957-ci illərdə aspiranturada təhsil alıb. 1958-ci ildə elmlər namizədi və elmlər doktoru 1985, alimlik dərəcələrini və sonra professor elmi adını alıb. 1958-1960-cı illərdə AMEA-nın Zoologiya İnstitutunda elmi işçi, 1960-cı ildən indiyə qədər Bakı Dövlət Universitetinin Biologiya fakültəsində çalışır. 1960-cı ildən 1992-ci ilə qədər Bakı Dövlət Universiteti, baş müəllim, dosent, dekan müavini, dekan, professor. "Onurğalılar zoologiyası və bioekologiya" kafedrasının müdiri işləmişdir. 1992-ci ildən indiyə kimi apardığı dərslər: Ekologiya, Azərbaycan faunası, Onurğalı heyvanların ekologiyası, Onurğalılar zoologiyası, Ornitologiya və s. Çoxlu sayda elmi və tədris-metodiki işin, o cümlədən: 600-dən çox məqalə 65 kitab, onlardan 15 monoqrafiya, 14 dərslik, 28 dərs vəsaiti, 5 telefilm müəllifidir. 9 elmlər namizədi və 2 elmlər doktoru yetişdirib. 18 yeni elmi konsepsiya irəli sürmüş, "biotik əlaqələr" adlı təbii qanun kəşf etmişdir. Elmdə və təhsildəki xidmətlərinə görə o, 30-dan çox tərifnamə, medal, fəxri fərman, diplom və digər mükafat və qiymətli hədiyyələrlə təltif olunmuş, Beynəlxalq Pedaqoji Elmlər Akademiyasının akademiki seçilmiş və "Şöhrət Ordeni"nə layiq görülmüşdür. Həsən Əliyev adına mükafata və "Şöhrət Ordeni"nə layiq görülüb.
20-dən çox ölkədə keçirilmiş 60-dan çox Beynəlxalq və respublika səviyyəli konfrans və konqreslərdə iştirak etmiş, məruzələrlə çıxışlar etmişdir, o cümlədən: 1962-1985-ci illər, Keçmiş SSRİ II-VIII Zoocoğrafi konfranslarda; 1962-2005-ci illər, Keçmiş SSRİ Ornitoloji konfranslarda; 1973-1985-ci illər, Keçmiş SSRİ III-VI herpetoloji konfranslarda; 1978-ci ildə, Aşqabadda BTQI-nin XIV baş məclisində iştirak edib; 1982-ci ildə, Moskvada XVIII Beynəlxalq Ornitoloji Konqresdə; 1986-cı ildə, Moskvada keçmiş SSRİ ornitoloji cəmiyyətinin təsisçilərindən biri olub; 2007-ci ildə, Stavropolda "Qafqazın quşları" adlı Beynəlxalq konfransda; 2008-ci ildə, "Heydər Əliyev-85" adlı Beynəlxalq konfransda iştirak etmişdir.
5 Dövlət və Beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etmişdir. O cümlədən: Şimal neft kəmərinin ətraf mühitə təsiri; Qərb neft kəmərinin ətraf mühitə təsiri; Bakı-Böyükkənd dəmir yolu ilə neft daşınmasının ətraf mühitə təsiri; Ələt-Astara avtomobil magistralının ətraf mühitə təsiri; Səngəçal terminalı sahəsində quşların nöqtəvi üsulla monitorinqində iştirak etmişdir.
Ailəlidir, 3 övladı, 7 nəvəsi var.