Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Azərbaycan Respublikasının Təhsil naziri Mikayıl Cabbarov yanvarın 26-da Kürdəmir rayonunda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Kürdəmirlə yanaşı Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan bir qrup sakin iştirak edib. Qəbul zamanı Təhsil nazirliyinin fəaliyyəti və müxtəlif məsələlərlə əlaqədar müraciətlər dinlənilib. Qaldırılan məsələlərin bir qismi həllini tapıb, araşdırılmasına ehtiyac olan bir sıra müraciətlərlə bağlı isə, nazirliyin qəbulda iştirak edən müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.