2014-cü ilin yekunları ilə bağlı İƏD-lərin hesabat yığıncaqları keçirilir

Tarix: 24-1-2015 // saat: 17:44
İsmayıllı rayon İcra Hakimiyyəri başçısının şəhər, qəsəbə və kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndələrin 2014-cü ilin yekunları ilə bağlı hesabat yığıncaqlarının keçirilməsi davam edilir. Rayonun 37 İƏD üzrə nümayəndəliyin 28 də 2014-cü ildə görülən işlər, keçirilən tədbirlər və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncaqları  keçirilmişdir.
Hesabat yığıncaqlarında gündəlikdə duran məsələlər vətəndaşların müzakirəsinə verilərək onların irad və təkliflərini dinlənilmişdir. Vətəndaşların ərazilərdə qaldırdıqları həlli vacib olan məsələlər mövcüd olan sosial-iqtisadi problemlərdən qaz xətlərinin cəkilməsi, yol infrastrukturunun yaxşılaşdırılması, yararsız elektrik dirəklərinin  dəyişdirilməsi və təmiri, su xəttlərinin təmiri və s. təkliflər 2015-ci il ərzində qarşıda duran əsas problemlərdəndir.
Basqal, Lahıc qəsəbələrində və Mollaisaqlı, Talıstan, Qurbanəfəndi, Tircan, İvanovka kəndlərində nümayəndələrin hesabat yığıncaqları daha yaxşı təşkil edilərək fəallıqla keçirilmişdir.
http://ismayilli-ih.gov.az/news/748.html

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN