Respublikada qoyunçuluq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Əhalinin qoyun ətinə olan tələbatının ödənilməsi məqsədilə hər il ölkədə 4 milyon başdan çox qoyun kəsilir.
Bu barədə AzərTAc-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, 2014-cü ildə respublika üzrə 16292 ton yun toplanıb ki, bu da keçən ilin müvafiq dövründən 247 ton çoxdur. Təcrübə məqsədilə Şamaxı rayonuna 300 baş Romanov cinsli qoyun gətirilib.