İsmayıllı rayonunun qədim yaşayış məskənlərindən olan Basqal əhalisinin əsrlərdən bəri qoruyub saxladığı adət-ənənələrdən, keçirilən bayram və dini mərasimlərdən bəhs edən, qədim sənət növlərindən olan ipəkçiliyin, dəmirçiliyin, dabbaqlığın və s. qorunub saxlandığını əks etdirən yeni nəşr--“Basqal və basqallılar” kitabı çapdan çıxıb.
AzərTAc xəbər verir ki, yazıçı-publisist, “Metodist müəllim”, “Təhsil əlaçısı”, “Qabaqcıl maarif xadimi” olan el ağsaqqalı Miryavər Hüseynovun yenicə işıq üzü görən bu kitabı geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitaba müəllifin müxtəlif vaxtlarda dərc olunan “Basqal əcdadlarımızın əks-sədasıdır” etnoqrafik sənədlər toplusu və “Yaşamaq elmi” povesti daxil edilib.
“Basqal və basqallılar” kitabının böyük bir hissəsində Basqalın adlı-sanlı yetirmələrinin, o cümlədən dövlət, elm, maarif və incəsənət xadimlərinin həyat yolundan ətraflı bəhs edilir.
Adil Ağayev, AzərTAc
http://azertag.az/xeber/Basqal_ve_basqallilar_kitabi_chapdan_chixib-827076