AR Kənd Təsərrüfatı naziri Heydər Əsədov Göyçay rayonunda vətəndaşları qəbul edib

Tarix: 23-1-2015 // saat: 17:09
Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri Heydər Əsədov yanvarın 23-də  Göyçay rayonunda vətəndaşları qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçayla yanaşı, Ucar, Zərdab, Ağdaş və Kürdəmir rayonlarından olan bir qrup sakin iştirak edib. Müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranan xəstəliklərin müalicəsi ilə bağlı olub. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılmasına ehtiyac olan bir sıra müraciətlərlə bağlı isə, nazirliyin qəbulda iştirak edən müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib.
 
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN