Göyçaylı gənclər hərbi xidmətə təntənə ilə yola salınıblar

Tarix: 22-1-2015 // saat: 21:00
Xəbər verildiyi kimi, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq yanvarın 1-dən etibarən respublikamızın hər yerində, o cümlədən Göyçayda gənclərin hərbi xidmətə növbəti çağırış dövrü başlanıb.
AzərTAc xəbər verir ki, gənclərin hərbiyə yola salınması münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsində keçirilən mərasimdə çıxış edən müharibə veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər.
Qeyd olunub ki, bu gün vahid mərkəzdən idarə olunan və güclü maddi-texniki bazaya malik olan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Son illər Göyçay rayonunun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini göstərir. Rayon gənclərinin xidmət etdiyi hərbi hissələrdən valideynlərinə gələn minnətdarlıq məktubları hamıda qurur hissi doğurur.
Çıxışlardan sonra çağırışçı gənclər Azərbaycanın dövlət bayrağını öpərək və müqəddəs Qurani-Kərimin altından keçərək şən musiqi sədalarının müşayiəti ilə ordu sıralarına yola düşüblər.
http://azertag.az/xeber/826588

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN