3 saylı körpələr evi-uşaq bağçasında tədbir keçirilib

Tarix: 15-1-2015 // saat: 18:25
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin kütləvi qəhrəmanlığıdır.
Bu günlərdə ölkəmizin hər yerində olduğu kimi 20 yanvar faciəsinin 25-ci ildönümü İsmayıllıda da müxtəlif tədbirlərlə qeyd olunur. Belə tədbirlərdən biri də İsmayıllı şəhər 3 saylı körpələr evi-uşaq bağçasında keçirildi.
İsmayıllı şəhər 1-2 və 3 saylı körpələr evi-uşaq bağçalarının fidanları tərəfindən göstərilən kompozisiyada bu faciənin qəhrəmanliq nümunəsi olduğu bir daha əksini tapdı.    
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı  Mirdaməd Sadıqov iştirak etdi.
http://ismayilli-ih.gov.az/news/736.html

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN