Ağsulu yeniyetmələr “Bakı-2015” ilk Avropa Oyunlarını səbirsizliklə gözləyirlər

Tarix: 15-1-2015 // saat: 18:18
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarının təbliği və təşviqatı çərçivəsində yanvarın 15-də Ağsuda IX-XI sinif şagirdləri ilə görüş keçirib.
AzərTAc xəbər verir ki, şəhər mədəniyyət sarayında keçirilən tədbirdə əməliyyat komitəsinin əməkdaşı Lalə Eyvazova yeniyetmələri ilk Avropa Oyunları, onun Bakıda keçirilməsinin səbəbləri, oyunlara hazırlıq işləri barədə ətraflı məlumatlandırıb.
Ağsunun bu cür görüşlərin keçirildiyi 32-ci rayon olduğunu vurğulayan Lalə Eyvazova bildirib ki, yarışlarda Avropanın 49 ölkəsindən 6 mindən çox idmançı iştirak edəcək. 17 gün davam edəcək yarışlarda idmanın 20 növü üzrə 253 medal uğrunda mübarizə aparılacaq.
Qeyd olunub ki, “Bakı-2015” ilk Avropa Oyunları bir il sonra Braziliyanın Rio de Janeyro şəhərində gerçəkləşəcək Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşımaqla, idmanın bir neçə növündə lisenziya qazanmaq istiqamətində də xüsusi rol oynayacaq.
Canlı dialoq, sual-cavab şəklində keçirilən görüşdə ağsulu yeniyetmələr “Bakı-2015” ilk Avropa Oyunlarını səbirsizliklə gözlədiklərini nümayiş etdiriblər.
Sonda məktəblilərə ilk Avropa Oyunlarının rəmzi kimi baş örtüyü və çanta hədiyyə edilib.
Adil Ağayev, AzərTAc 
http://azertag.az/xeber/824999
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN