İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə məktəblilər arasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr edilən dama üzrə rayon birinciliyi keçirilib.
AzərTac xəbər verir ki, yarışlardan əvvəl 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Qanlı Yanvarın dəhşətlərini diqqətə çatdıraraq bu qətliamı törədənlərin gec-tez öz layiqli cəzalarına çatacaqlarını söyləyiblər.
Yarışlarda 10 tam orta məktəbdən 28 şagird öz gücünü sınayıb. Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada I, II, III yerləri tutan dama həvəskarlarına rayon gənclər və idman idarəsinin diplom və qiymətli hədiyyələri verilib.
Adil Ağayev, AzərTAc
http://azertag.az/xeber/825072