Rayon rəhbərliyi Kürdmaşı məktəbində görüş

Tarix: 9-1-2015 // saat: 20:09
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov  havaların soyuması, qar yağması və bununla da yerlərdə problemlərin həllinə daha çox ehdiyac yaranması ilə əlaqədar məktəblərə, müəssisələrə gedişlərini artırıb, görüşlərini, qəbullarını daha da intensivləşdirib.
RİH-nin başçısı  hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının, maliyyə qurumlarının rəhbərləri ilə birgə Kürdmaşı kənd tam orta məktəbinə gedib, müəllimlərin iş, şagirdlərin təlim şəraiti məktəbin maliyyə fəaliyyəti, qızdırılması və enerji təchizatı vəziyyəti ilə yaxından tanış olub, məsləhətlərini və tapşırıqlarını verib. Sözü, təklifi olan hər bir müəllimi dinləyib qaldırılan problemlərin həlli üçün tədbirlər müəyyənləşdirib.
Müəllimlərlə görüşdə qeyd edib ki, Kürdmaşı kənd tam orta məktəbi rayonun təhsil sistemindəki inkişafdan  geri qalır, müəllim əməyinin səmərəli nəticəsi burada özünü göstərmir, ali məktəblərə qəbul yox səviyyəsindədir, innovativ təlimə əsaslanan pedoqoji işçiyə,  uyğun müsabiqələrdə müəllim və şagirdin iştirakına rast gəlinmir.
Kimya müəllimi Sənubər Zeynalova    enerji və istilik təchizatında fasilələrin tez-tez yarandığını dedi.Başqa problemlərdən də danışıldı. RİH-nin başçısı Mirdaməd Sadıqov onların həlli üçün aid icraçılara konkret tapşırıqlar verdi.
http://ismayilli-ih.gov.az/news/735.html

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN