Basqal qəsəbəsində səyyar görüş-qəbul keçirilmişdir. Qəbulda əvvəlcə RİH başçısı Mirdaməd Sadıqov çıxış edərək ölkədə, rayonda eləcədə Basqalda görülmüş işlər və gələcəkdə görüləcək işlər barədə qəsəbə sakinlərinə ətraflı məlumat verdi. Sonra RİH başçısının Basqal qəsəbə İƏD üzrə nümayəndəsi Novruz Əsədovun 2014-cü ildə görülmüş işlər barədə hesabat məruzəsi dinlənildi.
Qəbulla gəlmiş qəsəbə sakinləri öz şəxsi və qəsəbənin ümumi su, elektrik, səhiyyə və həyətyanı torpaq problemlərinin həllini, qəsəbə ağsaqqalı Miryavər Hüseynov isə Basqal qəsəbəsinin tarixi abidəsi olan bazar meydanının bərpa olunmasını RİH başçısından xahiş etmişlər. RİH başçısı qeyd olunan problemlərin həlli ilə bağlı aid idarə və təşkilatlara tapşırıqlar verib.
http://ismayilli-ih.gov.az/news/734.html