Göyçay sakini, 27 yaşlı Abdullayev Tərlan Füzuli oğlu yaşadığı evin hamam otağında çimərkən dəm qazından zəhərlənib. Koma vəziyyətinə düşən T.Abdullayev Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda reanimasiya şöbəsində olan xəstənin vəziyyəti ağır olaraq qalır. İlkin ehtimala görə, hadisəyə kustar üsulla quraşdırılmış su qızdırıcısının normal çalışmaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.