Təhsil naziri Mikayıl Cabbarovun mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, yanvarın 12-nə nəzərdə tutulmuş Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib. Təhsil Nazirliyindən AzərTAc-a bildiriblər ki, nazir M. Cabbarov yanvarın 26-da saat 11.00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində Kürdəmir, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar yanvarın 22-23-də Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) və ya http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər. Yanvarın 12-nə nəzərdə tutulmuş qəbul üçün qeydiyyatdan keçmiş vətəndaşlar da yanvarın 26-da qəbul ediləcəklər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
http://azertag.az/xeber/823586