Səhər saat 05:00 radələrindən Muğanlı-İsmayıllı yolunda qar yağır. Saat 12:00 olan məlumata görə ərazidə havanın hərarəti - 2 dərəcəyə düşüb, qarın səviyyəsi isə, 25 sm.-ə çatıb. Yola xidmət edən İsmayıllı Yol İstismar idarəsinin texnika və canlı qüvvəsi yolun qardan təmizlənməsinə cəlb olunub. Bu işlərə 8 texnika və 40 nəfər işçi cəlb olunub. Yolun hərəkət zolağı qardan təmizlənərək qum və düz səpilir. Yol hərəkət üçüç açıqdır. Mütəxəssislər o istiqamətdə hərəkət edən sürücülərə diqqətli olmağı və hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən istifadə etməyi tövsiyə edir.