Bakı ilə Xəzərin söhbəti

Tarix: 7-1-2015 // saat: 00:31
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Xəzərim, əzəldən yanaşıyıq biz
Ayrılmaz olmuşuq qədimdən bəri.
Necə bir-birimizə yaraşırıq biz
Gözlərim seyrinə açır səhəri.
 
Can Bakım, nə yaxşı sən mənimləsən
Hər şeyin təzəsi dostun köhnəsi.
Şəhərlər içində ən gözəlisən
Mən səndən alıram sevgi-nəfəsi.
 
Xəzərim, baxdığca ləpələrinə
Yaşadır hər kəsə xoş xatirələr.
Diqqətlə qulağ as küləklərinə
Sanki qoşur bizə gözəl nəğmələr.
 
Can Bakım, nə gözəl  gecələrin var
İşığa qərq olur mənim şəhərim.
Tarixi binalar, küçələrin var
Qədim qız qalası,  içəri şəhərim
 
Xəzərim, parlayan bir ayna kimi
Gecələr şəklimi əks etdirirsən.
Bu fani dünyanın sonuna kimi
Sən mənim qəlbimdə,ürəyimdəsən.
 
Can Bakım, çox hörmətin var dünyada
Məncə şəhərlərin xoşbəxtisən sən.
Tükənməyən sərvətin var  dünyada
Azərbaycanın paytaxtısan sən.
                                    
                                                          RƏŞAD AĞAZADƏ

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN