Kürdəmirdə 29 yaşlı rayon sakini 1985-ci il təvəllüdlü Elnur Zeynalov buçaqlanaraq qətlə yetirilib. Hadisə rayonun Pirili kəndində qeydə alınıb. Qətldə şübhəli bilinən rayon sakini, 19 yaşlı Məlikov Nurani Ağaxan oğlu polis tərəfindən saxlanılıb. İlkin məlumata görə, saxlanılan aralarında yaranan münaqişə zəminində həmkəndlisini buçaqlayıb. Faktla bağlı cinayət işi açılıb.