İsmayıllı rayonunda yeni il münasibətilə kənd təsərrüfatı məhsullarının satış yarmarkası yaradılıb. Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkasında rayonun fermerləri, kənd təsərrüfatı məhsulları istehsalçıları, quşçuluq müəssisələrinin, eləcə də, Nikitin adına kolxozun məhsulları satışa çıxarılıb. Belə ki, meyvə-tərəvəz, bal, ət, süd, balıq məhsulları, arpa, buğda və digər məhsullar bazar qiymətlərindən 25-30 % aşağı qiymətə satışdadır. Yarmarka 31 dekabr 2014-cü il tarixinədək davam edəcək.