Kənd Təsərrüfatı Naziri Heydər Əsədov İsmayıllıda

Tarix: 26-12-2014 // saat: 12:06
Kənd Təsərrüfatı Naziri Heydər Əsədov İsmayıllı rayonunda Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Qəbələ və Abşeron rayonlarından olan bir qurup sakini qəbul edib. Nazirliyin müvafiq struktur rəhbərlərinin də, iştirak etdikləri qəbulda 40 nəfər vətəndaşın müraciətinə baxılıb.
Qəbulda əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsi, subarteziyan quyularının vurulması, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və sair barədə müraciətlər olunub.
Bir çox müraciətlər elə yerində həllini tapıb. Araşdırılma tələb edən bəzi məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün nazirliyin müvafiq strukturlarına konkret tapşırıqlar verilb. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülüb.
.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN