20 dekabr 2014-cü il tarixində İsmayıllı rayonu Kürdmaşı kəndində fərdi yaşayış evində güclü yanğın baş verib. Yanğın başverən vətəndaşa məxsus evdə, 2009-cu il təvəllüdlü Usubova Nuray Mirzə qızının yanmış meyidi tapılıb. Ümumi sahəsi 156 kv.m olan bir mərtəbəli, 2 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 56 kv.m sahədə və dam örtüyü 90 kv.m sahədə yanıb. Yanğın günorta saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.