İsmayıllıda investisiya layihələrinin qəbulu başlayır

Tarix: 16-12-2014 // saat: 13:36
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, layihələrdə 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, intensiv bağçılıq və arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı müəssisəsinin), pendir istehsalı müəssisəsinin və fermer mağazalarının yaradılması nəzərdə tutulur.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyəri bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN