Şamaxının Muğanlı qəsəbəsində “Azsamand” markalı minik avtomobilinin yoldan çıxaraq dərəyə aşması barədə məlumat əsasında hadisə yerinə gələn yol polisi əməkdaşları sürücünün meyidini avtomobilinin yük yerində aşkarlayıb. Müəyyən olunub ki, dünyasını dəyişən sürücü 1988-ci il təvəllüdlü Qurbanov Ceyhun İmaş oğludur. Onun meyidi Respublika Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsində müayinə olunub. Meyidin bədəninə müxtəlif nahiyələrindən kəsici - deşici alətlə xəsarətlər yetirildiyi və başından travma aldığı müəyyən edilib. Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb.