2014/2015-ci tədris ilində Ulu öndər Heydər Əliyevin irsinin öyrədilməsi ilə əlaqədar XI sinif şagirdlərinə dərslərin tədrisinə başlanılmışdır

Tarix: 21-11-2014 // saat: 12:12
Qobustan rayonunda 21.11.2014-cü il tarixdən etibarən Heydər Əliyev irsinin öyrənilməsi ilə əlaqədar dərslərin tədrisinə başlanılmışdır. Rayon Təhsil Şöbəsinin təsdiq etdiyi tədris olunacaq dərslərin keçirilmə qrafikinə uyğun olaraq, rayonun 18 tam orta məktəbində təhsil alan 366 (116 nəfəri qız) nəfər XI sinif şagirdlərinin hər bir dərsdə 31 nəfər iştirak etməklə keçirilməsi planlaşdırılmışdır. Dərslər noyabr ayının 21-dən başlayaraq aprel ayının 23-nə qədər davam edəcəkdir. Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar dərslər Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzdə tədris olunur.
Dərslərin keçirilmə qrafikinə uyğun olaraq 21.11.2014-cü il tarixdə keçirilən ilk dərsdə rayonun Ərəbşalbaş, Çuxanlı və Təklə Mirzəbaba kənd tam orta məktəblərinin 31 nəfər XI sinif şagirdi iştirak etmişdir.
Dərsdə Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva və Təhsil Şöbəsinin müdiri Füzuli Gülalıyev iştirak etdilər.
Rayon İcra hakimiyyəti başçısının müavini T.Güləliyeva və Qobustan rayon Təhsil Şöbəsinin müdiri F.Gülalıyev Ulu Öndər Heydər Əliyevin adını daşıyan mərkəzə gələrək, ilk öncə bütün kollektivlə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra bütün tədbir iştirakçıları Mərkəzin akt zalına toplandılar.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə Güləliyeva çıxış edərək bildirdi ki, Müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzular üzrə tədrisin aparılması müstəqil Azərbaycanda dövlət quruculuğu sahəsində Ulu öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında şagirdlərə daha ətraflı və dolğun məlumatlar çatdırmaqdan ibarətdir.
İlk dərsi Sündü kənd tam orta məktəbinin tarix müəllimi Əməkdar müəllim Alcanov İdris Xəncan oğlu tədris etdi. İ.Alcanov “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” mövzusunda şagirdlərə geniş məlumat verdi.
Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəzin işçiləri tərəfindən şagirdlərə Mərkəzdə olan Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar haqqında məlumat verildi. Sonda şagirdlərlə xatirə şəkli çəkildi.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN