Göyçaylılar dahi rəhbərin şəxsiyyətinə sonsuz məhəbbətlərini bir daha nümayiş etdiriblər

Tarix: 12-12-2014 // saat: 12:07
Dekabrın 12-də rayon ictimaiyyətinin nümayəndələri Göyçay şəhərindəki Heydər Əliyev parkında Ümummilli Liderin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri düzüblər.
AzərTAc xəbər verir ki, rayonun minlərlə sakini abidə ətrafına toplaşaraq fenomenal şəxsiyyət Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad edib, Ulu Tanrıdan ona rəhmət diləyiblər.
Mərasimdə xalqımızın müdrik oğlu Heydər Əliyevin hər kəsə örnək olan həyat və fəaliyyətindən söz açılıb.
Abidə kompleksinin önünə toplaşan rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri, YAP fəalları, ağsaqqallar və rayon ziyalıları ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs ediblər. Rayonda müxtəlif istehsal sahələrinin açılmasının, təhsil, səhiyyə, mədəniyyət ocaqlarının tikintisinin məhz dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğu bildirilib. Bu xidmətlər Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində mühafizə olunan fotoşəkil və sənədlərdə də öz əksini tapıb. Anma mərasiminin iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək Ümummilli Liderin həyatının müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Xatırladaq ki, Göyçayda ulu öndər Heydər Əliyevin xatirəsini anma günü ilə bağlı rayon məktəbliləri arasında müxtəlif müsabiqələr keçirilib, qaliblərə hədiyyələr verilib. Həmçinin, rayon təhsil şöbəsində, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, rayon mərkəzi xəstəxanasında, mədəniyyət və turizm şöbəsində Ulu Öndərin xatirəsinə həsr edilən konfrans və “dəyirmi masa”lar təşkil olunub, məktəblərdə ilk dərslər dahi şəxsiyyətin həyat və fəaliyyətinə həsr edilib.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN