10 dekabr 2014-cü il tarixdə İsmayıllı Olimpiya İdman kompleksində Rayon Gənclər və İdman idarəsi, rayon Futbol Federasiyası ilə birgə Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon turnirinə start vermişdir. Turnirdə rayon hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların, sahibkarların, həmçinin bələdiyyələrin 24 komandası iştirak edir.
Toplantıda Rayon Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov iştirakçıları salamladı, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş mini futbol üzrə rayon çempionatını açıq elan etdi və hər bir komandaya uğurlar arzuladı. Sonra Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nəsimi Teymurov çıxış edərək Ulu öndərin əbədiyyətə qovuşduğu vaxtdan 11 il keçməsinə baxmayaraq, Azərbaycan xalqının qəlbində xilaskar, böyük dövlət xadimi, vətənini dərin məhəbətlə sevən bir vətəndaş olmasını vurğuladı. Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edildi. Sonra komandaların kapitanlarının iştirakı ilə püşk atıldı və mübarizə aparacaq komandalar müəyyən olundu.
Final yarışı 12 dekabr Ulu öndərin anım günündə keçiriləcək və qalib komandalara Gənclər və İdman İdarəsinin diplom və kubokları, rayon Futbol Federasiyası tərəfindən mükafatlar təqdim olunacaqdır.