Oykonim səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Anadoluda yaşamış təklə tayfası Qazi xanın başçılığı ilə 1540-cı ildə I Təhmasibin itaətini qəbul etmiş, şahsevənlərin tərkibinə daxil olmuşdur. XIX əsr mənbəsinə görə təkləlilər Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar.Yenikənd - Yenikənd oykonimi Bəylər və Noraşen kəndlərinin birləşməsi nəticəsində yaranmışdır. Lakin 1824-cü ilə aid mənbələrdə şirvan əyalətinin Houz mahalına daxil olan Yenikənd yaşayış yerinin adı çəkilir. Ermənilərin yaşadığı bu kənddə 6 ailə var idi.