Azərbaycanın bir sıra rayonlarında Padar oykonimlərinə rast gəlinir. Bəzən padar etnonimi tək işlənmir. Bu həmin oykonimləri fərqləndirmək üçündür. (Şabran Padar, Armud Padar, Padar Gülməli, Qaradağlı Padar və s.).Padarçöl oykonimi də bu qəbildəndir. Köçəri padar maldar nəsilləri XIX əsrin əvvəllərində şirvan düzündə daimi məskən salmışlar. Padarçöl kəndi yaxınlığından dəmiryolu keçir. Bu Ağsu rayonunun dəmiryolu keçən yeganə kəndidir. Padarçöl kəndində Sofu Baxış baba, Hacı Qəhrəman baba pirləri vardır.