Nüydi

Tarix: 9-12-2014 // saat: 10:18
1824-cü ilin sənədlərində 6 ailəlik nüfusa malik Nüydi kəndinin adı çəkilir. Həmin kənd şirvan əyalətinin Houz mahalı tərkibində qeyd edilir. Ağsu rayon mərkəzindən 27 km şimalda yerləşən Nüydi kəndi ərazisində antik dövr yaşayış yeri və nekropolu aşkar edilmişdir. Qədim maddi-mədəniyyət abidəsinə malik olmasına baxmayaraq oykonim fars dilində "yeni kənd" mənasındadır.İran dillərindəki nöynöü (nou) "yeni, təzə" və di/dün (deh) ''kənd'" sözlərindən Nüydi toponmi yaranmışdır. Görünür müasir kəndin ətrafında məskunlaşmış tayfa, nəsil bu ərazini özünə yeni məskən seçmiş və kənd belə adlandırılmışdır. 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN