1824-cü ilə aid vergi sənədlərinə görə 12 ailəlik nüfusa malik Nəmirli kəndi şirvan əyalətinin Xançoban mahalına daxil olmuşdur. Yaşayış məntəqəsi qışı şilyan (Kürdəmir rayonu) yaxınlığında, yayı isə Babadağda (İsmayıllı rayonu) keçirən nəmirli tirəsinin məskunlaşması nəticəsində yaranmışdır.