Orta əsrlərdə şahsevənlər Azərbaycanın güclü siyasi birliyə malik tayfalarından olmuşdur. M.H.Vəliyev toponimlərdə yaşayan şahsevən tirələri sırasında Muradlı tirəsinin də adını çəkir. Muradlılar şahsevənlərdən Kürdbəyin nəslindəndir.1824-cü ilə aid mənbələrdə Muradlı kəndində 26 ailənin yaşadığı göstərilir.İnzibati cəhətdən Muradlı kəndi həmin dövrdə şirvan əyalətinin Xançoban mahalına, XX əsvin əvvəllərində isə Göyçay qəzasına daxil olmuşdur.