Bəzi etnoqrafik məlumatlarda Ağsu rayonunun Bico, Qəşəd,Keçdiməz, Ləngəbiz kəndlərinin əhatə etdiyi ərazi insan orqanizminin qaş hisəsinə oxşadılır. Həmin kəndlər silsiləsi "Qaşkənd" adlandırılır. "Qaşkənd" toponimi Qəşəd oykoniminin ilkin variantıdır. XIX əsrin əvvəllərində 19 ailəlik nüfusa malik Qəşəd kəndi əvvələr ġirvan əyalətinin Qoşun mahalına, sonralar şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Ümumiyyətlə, şirvan əyalətinin Qoşun mahalı tərkibində Ağsu rayonu ərazisindən yalnız yeddi kənd (Bico, Qəşəd,Keçdiməz, Ləngəbiz, Hacımanlı, Xatmanlı, Dilmanlı) olmuşdur.