XIX əsrin əvvəllərində Göyçay qəzasına daxil olan kəndlər sırasında Xəlilli - Qasımbəy kəndinin də adı çəkilir. Sonralar Xəlilli tayfasından Qasımbəy nəslinin ayrılması nəticəsində Qasımbəyli kəndi və oykonimi yaranmışdır. Hər iki kənd (Xəlilli və Qasımbəy) şirvan düzündə yerləşir.