XIX əsrin əvvəllərində ġirvan əyalətinin Xançoban mahalına daxil olan kəndlərdən biri Qaraməmmədli kəndidir. Qaraməmmədli kəndi həmin dövrdə 10 ailəlik nüfusa malik idi. Qaraməmədli oykonimi Qara Məmməd (Qara Məhəmməd) şəxs adından və -li mənsubiyyət şəkilçisindən ibarətdir. "Qara Məhəmmədin nəsli" mənasını bildirən oykonim kənddə həmin nəslin məskunlaşması nəticəsində yaranmışdır.