Çıxış edən rayon MKS-nin direktoru Cəbrayıl Bədəlov Şuşa şəhəri, onun tarix və mədəniyyət abidələri, yazarları barədə məruzə etdi. Vurğuladı ki, işğal nəticəsində 480 nəfər qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər didərgin düşüb, 289 kvadrat kilometr ərazi ermənilərin nəzarətinə keçib. Çıxış edən Gültac Faiqzadə, Leyla Orucova, Könül Cəbrayılova və Elvariz Məlikov əmin olduqlarını bildirdilər ki, qüdrətli Azərbaycan Ordusu tezliklə işğal altında olan bütün torpaqlarımızı erməni əsarətindən azad edəcək, yurdlarından didərgin düşmüş həmvətənlərimiz öz doğma torpaqlarına qayıdacaqlar. Sonda tədbir iştirakçıları eyni adlı kitab sərgisi ilə tanış oldular.