Mədəni irsimizi qoruyaq

E-Twinning layihəsi əsasında Azərbaycan Respublikası İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Məmmədova və Türkiyə Respublikası İnönü İlkokulu və İstanbul Avcılar məktəbinin müəllimi Filiz Yıldızın rəhbərliyi ilə dörd ay (fevral-may) müddətində “Mədəni irsimizi qoruyaq" layihəsi həyata keçirilir.

Tarix: 10-3-2019 // saat: 18:24
Layihə Azərbaycan və Türkiyə müəllim və şagirdlərin iştirakı ilə həyata keçirilir. Layihənin uğurla həyata keçirilməsində hər iştirakçı səylə çalışır. Çünki mədəni irs hər bir xalqın ən böyük sərvəti, tarixi, keçmişinin xatirəsidir. Mədəni irs xalqın ölümsüzlüyüdür. Mədəni irs eyni zamanda xalqın milli bayramları, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, adət və ənənəsidir. Ona görə də mədəni irsi qorumaq bütün vətəndaşların mühüm vəzifəsi, mənəvi borcu olmalıdır. Bu layihənin yaradılmasında məqsəd Azərbaycan və Türkiyənin mədəni irsini tanıtmaq, təbliğ etməkdir. Şagirdlərin bu layihəyə cəlb edilməsinin çox böyük əhəmiyyəti var. Layihədə işləmək şagirdlərdə tədqiqatçılıq və yaradıcılıq vərdişləri formalaşdırır. Layihə şagirdlərin Azərbaycan və Türkiyə tarixi, mədəniyyəti, mədəni irsi ilə daha yaxından tanış olmalarına şərait yaradır. Bu layihə şagirdlərdə vətənə məhəbbət, xalqına, el-obasına, adət və ənənələrinə hörmət hissini gücləndirir. Layihədə iştirak həm də şagirdlərin öz tarix və mədəniyyətləri ilə yanaşı qardaş ölkənin tarix və mədəniyyətinə marağı gücləndirir. Layihə şagirdlərdə davranış mədəniyyətini, birlikdə işləmək vərdişlərini, savadlı və bacarıqlı olmaq istəyini də gücləndirir. Şagirdlər mədəni irsin, tarixi nümunələri qorumağın vacibliyini də dərk edirlər. Onlar mədəni irsin hər bir xalqın özünəməxsusluğunu dərindən dərk edirlər. Şagirdlər başa düşürlər ki, mədəni irsi qorumaq və təbliğ etmək onların da mənəvi borcudur. Onlar mədəni irsi qorumağın vacibliyini dərk edirlər. Layihə şagirdlərdə belə fikir formalaşdırır ki, onlar mədəni irsi, zəngin dəyərləri qorumalıdırlar ki, gələcək nəsillər də ona baxıb qürur duysunlar. Layihə şagirdlərin savadlı, dünyagörüşlü şəxsiyyət kimi yetişməsinə xidmət edir.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN