Kəndin keçmiş adı Qaravəlli Qalabəy olmuşdur. Əvvəllər yarımköçəri, heyvandar tayfa olan qaravəllilər XIX əsrin axırlarında oturaq həyata keçmiş, əksəriyyəti Kür qırağına getmişdir. Bəzi müasir Qaravəlli kəndləri özlərini Ağsu ərazisindən gəlmə sayırlar. Qaravəlli etnonimi və oykonimi qaraevli səlcuq soyunun dəyişmiş variantı ola bilər. Ümumiyyətlə şirvan ərazisində səlcuq soylarının əksəriyyəti yayılmışdır.