Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba Soyqırımı Memorial Kompleksi, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Gürcüstan Qafqaz İrs Araşdırma İnstitutunun təşkilatçılığı ilə 13-14 sentyabr 2019-ci ildə “Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu” keçiriləcək. Bu simpoziumun əsas məqsədi dünyanın və Azərbaycanın müxtəlif yerlərində tarixi-mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirməkdir.

Tarix: 27-2-2019 // saat: 17:19
 
 
 
 
 
 
 
 
 
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında 
Mədəni İrsin Qorunmaası, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti,
Quba Soyqırımı Memorial Kompleksi
Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu ilə
 
TARİXİ YERLƏR VƏ ABİDƏLƏR
I BEYNƏLXALQ QUBA SIMPOZIUMU
 
Quba, 13-14 sentyabr 2019-cu il
 
Simpoziumun şərtləri:
Simpozium Quba Soyqırımı Memorial Kompleksində keçiriləcək. Məruzələrin Azərbaycan, türk, ingilis və rus dillərindən birində hazırlanması nəzərdə tutulur. Avqust ayının 15-nə kimi tezis göndərmək istəyənlər üçün Simpozium komitəsi açıqdır. Tezislər 300 sözdən çox olmamalıdır. Tezislər miraspresscenter@gmail.com ünvanına göndərilməlidir. 
Simpozium mövzuları:
Ümumdünya irsi: tarixi yerlər və abidələr
Azərbaycanın tarixi yerləri və abidələri
Arxeoloji irs
Mədəni irsin ictimailəşməsi
Memarlıq və xatirə abidələri
Yerli həyat tərzləri
Qafqaz İslam Ordusu yolunda tarixi yerlər
Simpoziumun yeri:
Quba Soyqırımı Memorial Kompleksi / Quba
Simpzoium təqvimi:
Tezislərin son göndərilmə tarixi: 15 avqust 2019
Qəbul edilən tezislərin elanı: 20 avqust 2019
Rəsmi dəvətlərin göndərilməsi: 30 avqust 2019
Məruzələrin tam mətninin göndərilməsi: 13 sentyabr 2019
Simpozium kitabı sonra nəşr olunacaqdır.
Simpozium proqramının elan olunması: 5 sentyabr 2019
Simpozium Günləri:
1-ci gün: 13 sentyabr 2019 (Qeydiyyat: 09.00-11.00)
2-ci gün: 14 sentyabr 2019 
Simpoziumun Fəxri Komitəsi:
Əbülfəs QARAYEV
Azərbaycan Respublikası Mədəniyyət Naziri
Zakir SULTANOV
Mədəni İrsin Qorunmaası, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi
AMEA-nın müxbir üzvü Vəli ƏLİYEV
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Simpoziumun Elmi Komitəsi:
Prof.Dr. Cəfər QİYASİ
Prof.Dr. Qafar CƏBİYEV
Prof.Dr. Kübra ƏLİYEVA
Prof.Dr. Minəxanım Nuriyeva-TƏKLƏLİ
Prof.Dr. Şikar QASIMOV
Prof.Dr. Nərgiz ƏLİYEVA
Dr. Fariz XƏLİLLİ
Dr. Həbibə ƏLİYEVA
Dr. Elmira ABASOVA
Dr. Günel SEYİDƏHMƏDLİ
Şəfa MÖVSÜMLÜ
Tərxan PAŞAZADƏ
Gürcüstan
Elnur ƏLİYEV
Türkiyə
Prof.Dr. Recep KARADAĞ
Dr. Metin HAKVERDIOĞLU
Dr. Afina BARMANBAY
Şimali Kipr
Dr. Nazim MURADOV
İtaliya
Prof.Dr. Luigi SCRINZI
Dr. Andrea MACCHIA
Makedoniya
Prof.Dr. Rubin ZEMON
Prof.Dr. Zoran MATEVSKİ
Simpozium Təşkilat Komitəsi:
Təşkilat Komitəsinin Sədri
Dr. Rəxşəndə BAYRAMOVA
Təşkilat Komitəsinin Üzvləri:
Mehriban ƏLİYEVA
Orxan QƏMBƏROV
Gülşən HÜSEYNOVA
Şölə BAYRAMOVA
Tofiqə CƏFƏRLİ
Nərgiz QARAYEVA
Aidə MƏLİKOVA
Ruslan ADGÖZƏLOV
Şükür NOVRUZLU
Ayşən ZEYNALLI
Abu Talib TURABOV
Anar HƏBİBOV
İştirak xərci:
Simpozium qeydiyyat xərci – 30 AZN
Nəqliyyat xərci daxil deyil.
Web adres: www.miras.az
E-mail: miraspresscenter@gmail.com
Adres: Quba Soyqırımı Memorial Kompleksi
Vatsap: 00994508764043
Tərəfdaşlar:
Beynəlxalq YOCOCU Assosiasiyası
Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksi
Humanitar Fənlər Gimnaziyasının Arxeoməktəb klubu
Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat qrupu
Cek Cəmiyyəti
Tərəfdaş olmaq istəyən qurumlar müraciət edə bilərlər.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN