Şamaxı Azərbaycanın qədim şəhərlərindəndir. Şamaxı şəhərində torpaq altında ən azı 5 mədəniyyət qorunur. İlk tunc dövrü, antik dövr, ilk orta əsrlər, Şirvanşahlar, Səfəvilər, Şirvan xanlığı, XIX-XX əsrlərin təbəqələri hər qazıntı işlərində üzə çıxır. 1 saylı məktəbin həyətindəki saray qalıqları, Xınıslı, Sabirin xatirə muzeyinin yeri, yollar çəkilərkən üzə çıxan bina qalıqları, qala divarları, su ovdanları Şamaxının kompleks qorunmasını zəruri etmişdir. Buna Şamaxının ətrafındakı Şahxəndan və Yeddi Günbəz qəbristanlıqları da daxil edilməlidir. Şamaxının adını ilk dəfə Ptolomeyin əsərində Kamaxeya kimi oxuyuruq. Şamaxı kimi minillərin şəhərinin dövlət tərəfindən qoruq elan olunması gecikmişdir. Şamaxı kimi paytaxt şəhər dünyanın hər yerində qorunur. Mən bir arxeoloq, tarixçi və mədəni irs eksperti kimi bildirirəm ki, Şamaxı şəhərinin yerüstü tikililəri və infrastrukturu nəzərə alınmadan şəhər kompleks şəkildə qoruq elan olunmalıdır.
Shamakhi is one of the ancient cities of Azerbaijan. At least 5 cultures are protected under the ground in Shamakhi City. The layers of early Bronze Age, antique Period, early Middle Ages, Shirvanshahs, Safavyds, Shirvan Khanates and the 19th-20th centuries were discovered during each excavation. The ruins of the palace, the courtyard of school No. 1, Khynysli and Sabir Memorial Museum, the ruins of the building displayed upon laying the road, the fortress walls and water reservoirs made the complex protection of Shamakhi urgent. It should also include cemeteries Shahkhandan and Yeddi Gunbaz (Seven Tombs) around Shamakhi. We saw “Shamakhi” name for the first time as “Kamakheya” in Ptolemy's work. Denouncement of Shamakhi, the city of the thousands of years, as a reserve by the government, is delayed. Everywhere in the world the capital city as Shamakhi, is protected. As an archaeologist, historian and cultural heritage expert, I would like to state that, Shamakhi city should be declared a reserve regardless of the overhead structures and infrastructure.
Шемаха - один из древних городов Азербайджана. Под земной поверхностью здесь находятся следы по меньшей мере 5 культур. На всех раскопках обнаруживаются слои раннего бронзового века, античности, раннего средневековья, периода ширваншахов, Сефевидов, Ширванского ханства, XIX - XX вв. Развалины дворца на территории школы №1, в Хыныслы, на месте музея памяти Сабира и прочие остатки зданий, крепостных стен, цистерн для хранения воды, обнаруженные при прокладке дорожной сети, делают необходимым сохранение Шемахинского комплекса. В него следует включить и кладбища Шаххандан и Йедди-Гумбез, расположенные в окрестностях города. Впервые имя Шемахи встречается (как "Камахия") в труде Птолемея. Государству давно пора объявить Шемаху - тысячелетний город - заповедником. Такие исторические столицы, как Шемаха, служат объектом охраны по всему миру. Как археолог, историк и эксперт по культурному наследию заявляю, что, безотносительно к наземному строительству и инфраструктуре, город Шемахи как комплекс должен быть объявлен заповедником.
https://www.change.org/p/farizkhalilli-gmail-com-%C5%9Famax%C4%B1-qoruq-olsun