Arxeoməktəb klubunda təlim

3 Noyabr 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi üzrə həyata keçirilən “ARXEOMƏKTƏB: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsi çərçivəsində Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında “Arxeoməktəb klubunun fondunun yaradılması və inventarlaşdırma” mövzusunda təlim keçirilib. 

Tarix: 4-11-2017 // saat: 23:59
3 Noyabr 2017-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi üzrə həyata keçirilən “ARXEOMƏKTƏB: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsi çərçivəsində Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında “Arxeoməktəb klubunun fondunun yaradılması və inventarlaşdırma” mövzusunda təlim keçirilib. Təlimçi-ekspert, arxeoloq Dr. Fariz Xəlilli şagirdlərə arxeoloji materiallarla işləmək, onların pasportunun hazırlanması və inventarlaşdırılması üsulları haqqında məlumat verib. Təlimdə 7, 8 və 9-cu siniflərin 40 şagirdi iştirak edib. Şagirdlər onların özləri tərəfindən kluba təqdim olunmuş arxeoloji materiallarla işləyərək təlim zamanı öyrəndiklərini praktik olaraq tətbiq ediblər. Fariz Xəlilli deyib ki, məktəbli arxeoloqlar gələcəkdə imitasiya olunmuş qazıntı sahələrində arxeoloji işlər görəcəklər. Layihədən əldə etdikləri nəticələri iki ayrı məktəbdə məktəbli yoldaşları ilə bölüşəcəklər.
İndiyə qədər layihənin koordinatoru və könüllülər qrupu müəyyən edilib və Gimnaziyanın nəzdində “Arxeoməktəb Klubu” yaradılıb. Klubun fəaliyyət göstərəcəyi otaq müəyyən olunub. Klubun loqosu hazırlanıb, facebook səhifəsi yaradılıb. Klubun fəaliyyətinə cəlb edilən “məktəbli arxeoloqlar”ın müəyyənləşdirilməsi üçün 7, 8 və 9-cu sinif şagirdləri arasında anket-sorğu keçirilib. Anket-sorğuda iştirak edən 307 şagirddən 42-sinin klubun fəaliyyətinə cəlb edilməsi məqsədəmüvafiq hesab olunub. 20 Oktyabr 2017-ci ildə Gimnaziyada layihənin ekspertinin, klubun işinə cəlb edilmiş şagirdlərin və gimnaziya rəhbərliyinin iştirakı ilə layihənin rəsmi təqdimetmə tədbiri keçirilib. Şagirdlərdən klubun fəaliyyətinə uyğun materialların, o cümlədən arxeoloji materialların toplanmasına başlanılıb. archaeotourism.az arxeoloji turizm portalında klubun "Arxeoməktəb" adı ilə yayım və təbliğat bölməsi açılıb.
Layihənin məqsədi Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının nəzdində “Arxeoməktəb Klubu”nu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix kabinetinə təsadüfən aşkar olunmuş arxeoloji materialları toplamaq, arxeoloqlarla görüşlər keçirmək, məktəblilərə qədim tariximizi, arxeologiyanı sevdirmək, məktəbliləri Bakıya yaxın rayonlarda təşkil ediləcək düşərgələrə cəlb etməkdir.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN