Gülüstandan Cəlalabada TUR

Fariz Xəlillinin bələdçiliyində xoş anlar yaşayın...
Qiyməti hər şey daxil qrup üçün - 23 manat

Tarix: 26-10-2017 // saat: 01:54
Gülüstandan Cəlalabada TUR
 
Bakıdan yola düşürük. 
Yol üstündə heç bir yerə dəymirik.
Birbaşa alınmaz qala Gülüstan qalasına gəlirik. 
Xınıslı kəndində avtobus dayanır. 
Biz piyada qalxaraq qalanı fəth edirik. 
 
Ağsu dolaylarından Ağsu və Xançoban düzü mənzərəsini seyr edərək Nadir şah Əfşarın Cəlalabad adlandırdığı və xüsusi plan ilə tikdirdiyi islam arxeologiyası incisi olan Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksinə yetişirik. 
Nahardan sonra Nadir şah Əfşarın Xivədəki İçan Qala Cümə məscidinin interyerini və Şamaxı Cümə məscidinin planını əsas alaraq tikdirdiyi Cümə məscidini ziyarət edirik. Sənətkarlıq məhəlləsini, şimal qala divarlarını və elitar hamamı gəzirik, fotolar çəkdiririk. Yerin 7 metr dərinliyindəki Buzxanada şəhərin möhtəşəmliyi haqqında fikirlərimizi bölüşür və sualları cavablandırırıq. 
Yaşıl çəmənlikdə istirahətimiz davam edir. 
Günün sonunda Şıxməzid xanəgahını ziyarətdən sonra qrupumuz Bakıya yola düşür.
 
Siz də qoşulun, tariximizin zənginliyini əyani görün. 
Yolunuzu gözləyir, çayımızı için deyirik.
 
Fariz Xəlillinin bələdçiliyində xoş anlar yaşayın...
0508764043
Qiyməti hər şey daxil qrup üçün - 23 manat
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN