Buzxanada görüş

Fariz Xəlillinin bələdçiliyində xoş anlar yaşayın...
Qiyməti hər şey daxil qrup üçün - 19 manat
Fərdi - 12 manat - yol xərci daxil olmadan... 

Tarix: 19-10-2017 // saat: 23:09
Buzxanada görüş
Bakıdan yola düşürük. 
Yol üstündə Mərəzədə 1402-ci ilə aid olan Şirvanşah I İbrahim dövründə tikilən Diri Baba türbəsini ziyarət edirik.
Şamaxı şəhərində 743-cü ilə aid olan ilk müsəlmanlar tərəfindən tikilən, 1902-ci il zəlzələsində dağılıb şamaxılıların ianəsi ilə yenidən inşa olunan Cümə məscidi ilə tanış oluruq.
Ağsu dolaylarından Ağsu və Xançoban düzü mənzərəsini seyr edərək Nadir şah Əfşarın Cəlalabad adlandırdığı və xüsusi plan ilə tikdirdiyi islam arxeologiyası incisi olan Orta əsr Ağsu şəhəri Arxeoloji turizm kompleksinə yetişirik. 
Kompleksdə samovar çayından sonra Sənətkarlıq məhəlləsini, şimal qala divarlarını və elitar hamamı gəzirik, fotolar çəkdiririk.
Nahardan sonra Nadir şah Əfşarın Xivədəki İçan Qala Cümə məscidinin interyerini və Şamaxı Cümə məscidinin planını əsas alaraq tikdirdiyi Cümə məscidini ziyarət edirik.
Yerin 7 metr dərinliyindəki Buzxanada şəhərin möhtəşəmliyi haqqında fikirlərimizi bölüşür və sualları cavablandırırıq. 
Yaşıl çəmənlikdə istirahətimiz davab edir. 
Günün sonunda Şıxməzid xanəgahını ziyarətdən sonra qrupumuz Bakıya yola düşür.
Siz də qoşulun, tariximizin zənginliyini əyani görün. 
Yolunuzu gözləyir, çayımızı için deyirik.
Fariz Xəlillinin bələdçiliyində xoş anlar yaşayın...
0508764043
Qiyməti hər şey daxil qrup üçün - 19 manat
Fərdi - 12 manat - yol xərci daxil olmadan... 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN