Kürdəmirdə kənd təsərrüfatı

Məhsul yığımı başa çatan sahələrin 221 hektarında təkrar əkin aparılıb, payızlıq bitkilərin əkilməsi üçün 5 min 659 hektar sahə şumlanıb.

Tarix: 9-9-2017 // saat: 01:41
Rayon statistika idarəsindən bildiriblər ki, torpaq mülkiyyətçiləri bu günədək 80 min 698 ton taxıl, 13 min 615 ton kartof, 16 min 036 ton tərəvəz, 65 min 047 ton bostan məhsulları, 21 ton günəbaxan, 2 min 529 ton qarğıdalı, 210 ton şəkər çuğunduru, 3453 ton meyvə və giləmeyvə, 1 min 951 ton üzüm istehsal ediblər. Hazırda tərəvəz, şəkər çuğunduru, bostan məhsulları, qarğıdalı, meyvə və üzüm istehsalı davam edir. Yığım dövrü ərzində kartof, tərəvəz, bostan məhsullarının məsuldarlığı ötən ilə nisbətən 8-12 sentner çox olmuşdur.
Məhsul yığımı başa çatan sahələrin 221 hektarında təkrar əkin aparılıb, payızlıq bitkilərin əkilməsi üçün 5 min 659 hektar sahə şumlanıb.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN