2017-ci ilin yanvar-mart aylarında rayonun nəqliyyat sektorunda 274 min ton yük, 2048 min sərnişin daşınmışdır. Ötən ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,0 faiz, sərnişin daşınmasında isə 3,0 faiz artım müşahidə olunmuşdur.
Kürdəmir rayonunun Respublika üzrə yük daşınmasına görə payı 0,9 faiz, Aran iqtisadi rayonunda yük daşınmasına görə payı 5,3 faiz, Respublika üzrə sərnişin daşınmasına görə 0,5 faiz, Aran iqtisadi rayonunda sərnişin daşınmasına görə 3,4 faiz təşkil etmişdir.
2017-ci ilin yanvar ayının 1-i vəziyyətinə rayonda 7,4 min avtomobil mövcud olmuş, onların 85,1 faizini sərnişin minik, 12,1 faizini yük, 1,8 faizini sərnişin avtobusu təşkil etmişdir. Hazırda orta hesabla hər yüz ailədən 26-sı şəxsi minik avtomobilinə malikdir.
2017-ci ilin yanvar-mart aylarında rayonun informasiya və rabitə müəssisələri tərəfindən müəssisə və təşkilatlara, habelə əhaliyə faktiki qiymətlərlə 137,6 min manatlıq rabitə xidməti göstərilmişdir. Xidmətlərin həcmi 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz artmışdır. Rabitə xidmətlərinin 76,1 faizi əhaliyə göstərilən pullu xidmətlərin hesabına yaranmışdır.